“Qala”dan asan qələbə
Bu gün kişi kişi basketbolçular arasında Azərbaycan çempionatının VIII turun oyunları keçirilib. İdman.az saytının məlumatına görə, baş tutan matçlardan sonra ilk “üçlük”də dəyişiklik olmayıb.

“Qala” – BDU matçı ilə start verilib. Bu matçda Elxan Əliyevin komandası ilk dövrədə olduğu kimi, asan qələbə qazanıb. Onlar autsayderi 73 xal fərqi ilə məğlub ediblər – 111:38.

Günün ikinci oyununda son Azərbaycan çempionu “Araz” da növbəti qələbəsini qazanıb. Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda AzTOP-a 103:67 hesabı ilə qalib gəlib.

Tura “Çağ öyrətim” – NTL“Tudor” matçı ilə yekun vurulub. Bu görüşdə birincilər favorit hesab olunsalar da, onlar qələbə qazana bilməyiblər. Nəticədə debütant ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb (86:61).
Qeyd edək ki, IX turun oyunları fevralı 11-də olacaq.

VIII tur
4 fevral

“Qala” – BDU - 111:38
“Araz” – AzTOP - 103:67
“Çağ öyrətim” – NTL“Tudor” - 61:86

1. Araz 8 8 0 845-462 16
2. Qala 8 6 2 606-407 14
3. Çağ öyrətim 8 4 4 522-577 12
4. AzTOP 8 3 5 569-592 11
5. NTL “Tudor” 8 3 5 581-500 11
6. BDU 8 0 8 368-846 8

Xəbər 1201 dəfə oxundu.