Azərbaycanın U-19 millisi Malta yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması noyabrın 23-dən 28-dək Maltada təlim-məşq toplanışında olacaq.

AFFA-dan bildiriblər ki, hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 25-də və 27-də Maltanın A milli komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Yığmamızın toplanışına Günay İsmayılova (“Fidan”), Aytac Şərifova (“Təhsil”), Kamilla Məmmədova (“Fidan”), Dilgə Uyğun (“FFC Frankfurt”, Almaniya), Manə Mollayeva (“Qəbələ”), Samara Ortiz (“Kanillas”, İspaniya), Vüsalə Hacıyeva (“Təhsil”), Alina Mixayelis (“Ayntraxt”, Almaniya), Natalya Rodelqo (“Atletiko Madrid”, İspaniya), Aysun Əliyeva (“Neftçi”), Malena Ortiz (“Kanillas”, İspaniya), Roza Quliyeva (“Fidan”), Çağla Miray Kanpara (“Herta 03 Zehlendorf”, Almaniya), Firəngiz Teymurova (“Təhsil”), Mərvə Özdəmir (“Ayntraxt”, Almaniya), Nigar Cəlilli (“Fidan”), Kristina Bakarandze (“Neftçi”), Gizəm Tənəkeçi (“FFC Frankfurt”, Almaniya), Süsən

Mənsimova (“Neftçi”) və Zəhra İncəoğlu (“Ayntraxt”, Almaniya) dəvət olunublar.

Xəbər 868 dəfə oxundu.