Gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat verilib
Xəbər verdiyimiz kimi, noyabrın 10-dan Bakıda 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin beşinci qrupunun oyunları keçirilir.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirak edən Azərbaycan, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna komandalarının üzvləri üçün təqdimatla çıxış edib.

Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.

Xəbər 759 dəfə oxundu.