"Qalatasaray" klubunun sabiq futbolçusu ədalətli oyun qaydalarına əməl etməsi ilə gündəmə gəlib
Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu və hazırda Rumıniyanın "Viitorul" komandasının baş məşqçisi vəzifəsində çalışan George Hacı ədalətli oyun qaydalarına əməl etməsi ilə gündəmə gəlib. Rumıniyalı mütəxəssis ölkə çempionatında "Astra" ilə ev oyunu zamanı idman ictimaiyyətinin rəğbətini qazanan addım atıb.

Matçın 41-ci dəqiqəsində "Viitorul"un üzvü Romario Benzar rəqib futbolçu Juniorla mübarizədə yerə yıxılıb. Həkimlər tibbi yardım göstərmək üçün Benzara yaxınlaşıb. Hacı isə tibbi yardım göstərilən əraziyə yaxınlaşaraq həkimləri oradan uzaqlaşdırıb və futbolçunu mübarizəni davam etdirməsi üçün meydana göndərib. Həmin an "Viitorul" komandası 1:0 hesabı ilə öndə olub. Görüş isə "Astra"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 708 dəfə oxundu.