Futbol üzrə Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının heyəti acıqlanıb | |
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının heyəti acıqlanıb. Noyabrın 10-dan 15-dək Bakıda keçiriləcək oyunlarda Azərbaycan və Ukrayna yığmaları ilə yanaşı, Türkiyə və Bosniya və Herseqovina komandaları da mübarizə aparacaq. Ukrayna millisinin heyətinə qapıçılar - Andrey Marçuk (“Volın”), Vladimir Maxankov (“Dinamo”), müdafiəçilər - Boqdan Mixaylіçenko (“Dinamo”), Dmitri Şevçenko, Yaroslav Fursov (hər ikisi “Şaxtyor”), Vasil Kravets, Vladimir Senitsya (hər ikisi “Karpatı”), Svyatoslav Şapovalov (“Dnepr”), yarımmüdafiəçilər - Aleksandr Pіxalyonok, Andrey Korobenko (hər ikisi “Şaxtyor”), Aleksandr Timçik, Vladimir Şepelev (hər ikisi “Dinamo”), Aleksey Qutsulyak (“Karpatı”), Yurі Vakulko (“Dnepr”), hücumçular - Aleksey Hebetun, Rostislav Taranuxa (hər ikisi “Dinamo”), İlya Markovski (“Çernomorets”), Denis Balanyuk, Artyom Dovbik (hər ikisi “Dnepr”) və Marian Şved (“Sevіlya”, İspanіya) dəvət olunublar. |
|
Xəbər 673 dəfə oxundu. |
|
|