“Qəbələ” futbol klubu “Borussiya” komandası ilə oyununun hazırlıqlarına başlayıb | |
“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda “Borussiya” (Dortmund) komandası ilə oyununun hazırlıqlarına başlayıb. Topaz Premyer Liqasının XI turu çərçivəsində noyabrın 1-də “Kəpəz” ilə ev oyunundan sonra hazırlığa fasilə verməyən “qırmızı-qaralar” bu gün də növbəti məşqə çıxıblar. “Qəbələ” futbolçuları noyabrın 3-də Dortmunda yola düşəcəklər. Dortmunddakı otellərdə yer olmadığından futbolçularımız bu şəhərdən 15 kilometr məsafədə yerləşən Bohumda məskunlaşacaqlar. Komanda oyundan əvvəl sonuncu məşqini noyabrın 4-də Dortmundda keçirəcək. “Borussiya”-“Qəbələ” matçı noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da “Siqnal İduna Park” stadionunda start götürəcək. |
|
Xəbər 652 dəfə oxundu. |
|
|