Xosep Qvardiola klubunda karyerasını davam etdirmək istəyir
Mövsümün sonunda “Bavariya” futbol klubu ilə müqaviləsi başa çatan baş məşqçi Xosep Qvardiola Münxen klubunda karyerasını davam etdirmək istəyir.

Bu səbəbdən artıq yaxın günlərdə ispaniyalı mütəxəssis komandanın rəhbərliyi ilə sənədin yeni şərtləri barədə fikir mübadiləsi aparacaq. Daha sonra tərəflər arasında yeni müqavilə imzalanacaq. Yeni sövdələşmənin müddəti və şərtləri hələ acıqlanmır.

Xatırladaq ki, 2013-cü ildən Münxen klubunu çalışdıran X. Qvardiola iki dəfə Almaniyaya çempionluq titulu qazandırıb.

Xəbər 695 dəfə oxundu.