FİFA prezidenti: Belə bir fəlakət yaşanmamalı idi | |
FİFA prezidenti Misir çempionatının bu turunda keçirilmiş “Əl-Əhli” - “Əl-Məsri” matçı (3:1) zamanı iğtişaşda ölən futbol azarkeşlərinin ailələrinə başsağlığı verib. İdman.com.az saytının məlumatına görə, Yozep Blatter dünyasını dəyişənlərin sayının 74-ə, yaralıların 300-ə çatması xəbərindən şoka düşdüyünü və bundan çox məyus olduğunu bildirib: "Misirdə baş verənlərdən şoka düşdüm və hazırda məyus haldayam. Hadisə zamanı ölənlərin yaxınlarına başsağılığı diləyirəm. Bu, futbol üçün qara bir gündür. Belə bir fəlakət yaşanmamalı idi". Qeyd edək ki, ötən gün baş vermiş faciəvi hadisə ilə əlaqədar Misirdə 3 günlük matəm elan olunub. |
|
Xəbər 1174 dəfə oxundu. |
|
|