“Barselona” klubu Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir | |
İspaniyanın “Barselona” futbol klubu Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir. Kataloniya təmsilçisi 28 yaşlı futbolçunun karyerasını məhz “Barselona”da başa vurmasına çalışır. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ildə başa çatacaq. Futbolçunu transfer etmək istəyən komanda bunun üçün Kataloniya təmsilçisinə 250 milyon avro vəsait ödəməlidir. Hazırda forvardın illik qazancı 20 milyon avrodur. O, bundan əlavə, ildə 4-5 milyon avro məbləğində müxtəlif bonuslar əldə edir. “Barselona” rəhbərliyi digər ulduz futbolçu Neymar ilə də müqavilənin müddətini uzatmağa çalışır. |
|
Xəbər 737 dəfə oxundu. |
|
|