Orxan Məmmədov AÇ-nin seçmə mərhələsində daha bir oyun idarə etdi | |
Azərbaycanlı FİFA referisi Orxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində daha bir oyun idarə edib. O, Lüksemburq - Avstriya görüşünün baş hakimi olub. Qarşılaşma 2:1 hesabıyla avstriyalıların xeyrinə başa çatıb. Məmmədov bu görüşdə 8 sarı vərəqə çıxarıb ki, onların 4-ü lüksemburqlu, qalanı isə avstriyalı futbolçulara "qismət" olub. Qeyd edək ki, Məmmədova bu görüşdə yardım göstərən hakimlərdən biri digər azərbaycanlı ədalət təmsilçisi Yaşar Abbasov olub. Onlara Bolqarıstandan olan referilər kömək ediblər. Bu hakimlərimiz daha öncə 5-ci qrup çərçivəsində Avstriya - Litva matçını (2:0) idarə etmişdilər. |
|
Xəbər 734 dəfə oxundu. |
|
|