Azərbaycan Premyer Liqasında növbəti turun bütün təyinatları açıqlanıb | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunun bütün təyinatları açıqlanıb. "Neftçi" və "İnter" arasında keçiriləcək paytaxt derbisi baş hakim Elvin Əsgərova həvalə olunub. FİFA referisi Rəhim Həsənov isə "Zirə - Kəpəz" matçında iş başında olacaq. Bu oyunların hakim-inspektorları isə Əhmədağa və Gülağa Cabbarov qardaşları olacaq. 28 oktyabr (çərşənbə) “Qarabağ” – “Rəvan” Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov AFFA nümayəndəsi: Sakin Məmmədzadə Hakim-inspektor: Vüsal Əliyev Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00 “Xəzər Lənkəran” – “Sumqayıt” Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov AFFA nümayəndəsi: Şaiq Həmidov Hakim-inspektor: Füzuli Nəcəfov “Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00 “Neftçi” – “İnter” Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Əhmədağa Cabbarov “Bakcell Arena”, 19:00 “Zirə” – “Kəpəz” Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev AFFA nümayəndəsi: Vaqif Davudov Hakim-inspektor: Gülağa Cabarov Zirə İdman Kompleksinin stadionu, 17:00 “Qəbələ” – AZAL Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov AFFA nümayəndəsi: Abbas Hüseynov Hakim-inspektor: Xaqani Məmmədov Qəbələ şəhər stadionu, 17:00 |
|
Xəbər 730 dəfə oxundu. |
|
|