Beynəlxalq Olimpiya Komitəsi Küveyti diskvalifikasiya edib | |
Küveyt Milli Olimpiya Komitəsi fəaliyyətinə hökumətin müdaxiləsi üzündən diskvalifikasiyaya məruz qalıb. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar qəbul edib. Qərardan apellyasiya üçün oktyabrın 27-dək vaxt verilib. İOC-un qərarı qüvvədə saxlanılsa, Küveyt idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəni təmsil edə bilməyəcəklər. Daha öncə Küveyt Futbol Assosiasiyası da eyni səbəbdən FİFA-nın cəzası ilə üzləşib. Ölkənin milli komandası və klubları ali futbol qurumu və Asiya Futbol Konfederasiyasının bayrağı altında keçirilmiş turnirlərdən kənarlaşdırılıblar. Qeyd edək ki, Küveyt komandasının 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da iştirakı sual altına düşüb. |
|
Xəbər 606 dəfə oxundu. |
|
|