Paralimpiyaçılar 20 illik yubileylərinə qeyri-adi şəkildə start verdilər
Azərbaycan Milli Paralimpiya Komitəsi 09 fevral 2015-ci il tarixində yaranmasının 20 illik yubileyini təntənəli şəkildə qeyd edəcəkdir.

20 illik yubileyin təntənəli şəkildə qeyd olunması məqsədi ilə Milli Paralimpiya Komitəsi tərəfindən geniş tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Məqsəd ölkəmizdə paralimpiya hərəkatının 20 illik fəaliyyyətinin işıqlamdırılması və paralimpiya dəyərlərinin əhali arasında geniş təbliğ olunmasıdır.

Paralimpiyaçılar öz yubileylərinə qeyri-adi şəkildə start vermışlər. Belə ki, oktyabrın 14-də Rusiyanın Soçi şəhərindəki “Skypark” əyləncə mərkəzində ilk yubiley tədbiri keçirilmişdir. Həmin tədbirdə Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, Komitənin şöbə müdiri Kamal Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi, Rusiya Xarici işlər nazirliyinin Diplomatik Akademiyasının tələbəsi Dünya Dadaşova iştirak etmişlər.

“Skypark”da dunyada ən uzun körpüsündə yerləşən “Bungee Jumping” qurğusu Azərbaycan bayrağı və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyini əks etdirən bayraqla bəzədilmışdir. İlk olaraq əlil arabası istifadəçisi olan Kamal Məmmədov həmin qurğudan 69 metr məsafədən əlil arabası ilə tullanmışdır, ona dəstək olaraq Natiq Qasımov 69 metr, Dünya Dadaşova isə 207 metr yüksəklikdən tullanmışlar. Daha sonra nümayyəndələr "Skypark"da rekorda imza atmışlar. Onlar biri əlil arabası istifadəçisi olmaqla ilk dəfə olaraq üçlükdə "Meqatroll" qurğusundan 700 metr yüksəklikdən saatda 120 km sürətlə enmişlər. Kamal Məmmədovun yüksəklikdən tullandığını əks etdirən şəkillərin biri “Skypark” əyləncə mərkəzində həftənin ən maraqlı şəkli seçilmişdir.

Keçirilən tədbir Rusiya mətbuatında geniş işıqlandırılmışdır.

Xəbər 747 dəfə oxundu.