Roman Qriqorçuk: İki fərqli heyətlə oynamaq olmaz | |
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: “Bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən səhvlərimizi aradan qaldırmalıyıq, çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə, məncə, olmaz”. |
|
Xəbər 864 dəfə oxundu. |
|
|