"Milan"ın 16 yaşlı qapıçısı A Seriyasında debüt etdi
“Milan”ın 16 yaşlı qapıçısı A Seriyasında debüt edib.

1999-cu il doğumlu Canluici Donaruma İtaliya A Seriyasının 9-cu turunda “Milan”ın heyətində “Sassuolo” ilə matçda debüt edib. "Milan"ın qalib gəldiyi matçda gənc qapıçı debüt matçında qapısında bir qol görüb. Canluici Donaruma A Seriyasında debüt edən 2-ci ən gənc qapıçı olub.


Qeyd edək ki, A Seriyasında debüt edən ən gənc qapıçı Canluka Paçiarotti 16 yaş 192 günlə olub.

Xəbər 756 dəfə oxundu.