FAİREX Beynəlxalq Dağçılıq Federasiyasının tam hüquqlu üzvü seçilib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyasına (UİAA) tamhüquqlu üzv seçilib.

UİAA-nın Koreya Respublikasının paytaxtı Seulda keçirilən Baş Assambleyasında 30 ölkədən 100-dək nümayəndə iştirak edib. Assambleyada FAİREX-in ölkəmizi təmsil edən tam hüquqlu üzv kimi tanınması məsələsi müzakirə olunub. Bu qurumda səsvermə hüququna malik ölkələrin yekdil səsi ilə FAİREX UİAA-da Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib.

UİAA-nın prezidenti Frits Virjland Assambleyadakı çıxışında Azərbaycanda dağçılıq idman növlərinin inkişafında və kütləviliyinin artırılmasında FAİREX-in xüsusi rolu olduğunu vurğulayıb.

Xəbər 675 dəfə oxundu.