“Bavariya” futbolçularının mərasim kostyumlarını “Giorgio Armani” moda evi hazırlayacaq | |
İtaliyanın məşhur moda evi “Giorgio Armani” Almaniyanın “Bavariya” klubunun futbolçuları üçün geyim hazırlayacaq. Tərəflər arasında imzalanan üç illik razılaşmaya əsasən futbolçular bu brenddən olan kostyumları mərasimlərdə geyinəcəklər. Tünd göy rəngli kostyum pambıqdan hazırlanan ağ köynək və jiletlə ahəng təşkil edəcək. Geyim dəsti çanta və gün eynəyi ilə tamamlanacaq. Bu, “Giorgio Armani”nin idmançılarla ilk əməkdaşlığı deyil. Şirkət iki il İngiltərənin “Çelsi” klubunun tərəfdaşı olub. Bundan başqa, moda evi “Rio-2016” Yay Olimpiya və Paralimpiya oyunlarında mübarizə aparacaq İtaliya millisinin kostyumlarını hazırlayır. |
|
Xəbər 715 dəfə oxundu. |
|
|