Bu gün Çempionlar Liqası yarışlarında ilk dövrəyə yekun vurulacaq | |
Bu gün futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində üçüncü turun oyunlarına yekun vurulacaq. Beləliklə, nüfuzlu klub turnirində ilk dövrə başa çatacaq. “A” qrupunda liderlər və autsayderlər qarşılaşacaqlar. “Real Madrid” komandası “Paris-Sen-Jermen” (Fransa), İsveçin “Malmö” klubu isə “Şaxtyor” (Donetsk) ilə qarşılaşacaq. “B” qrupunda bütün komandalar 3 xal toplayıblar. MOİK Moskvada “Mançester Yunaytedi” (İngiltərə) qəbul edəcək, Hollandiyanın PSV kollektivi isə səfərdə “Volfsburq” (Almaniya) ilə üz-üzə gələcək. “C” qrupunda isə lider “Benfika” (Portuqaliya) komandası Türkiyənin “Qalatasaray”, “Atletiko Madrid” isə “Astana” (Qazaxıstan) kollektivi ilə qarşılaşacaq. “D” qrupunda birinci olan “Yuventus” (İtaliya) komandası “Borussiya” (Münhenqladbax), “Mançester Siti” (İngiltərə) isə İspaniyanın “Sevilya” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. |
|
Xəbər 725 dəfə oxundu. |
|
|