Azərbaycan klubu kanadalı hücumçu ilə müqavilə bağlayıb
Qadın voleybolçulardan ibarət "Azəryol" komandası CEV (Avropa Voleybol Konfederasiyası) Kuboku öncəsi yeni transferə imza atıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, kanadalı voleybolçu Kayla Riçi ilə müqavilə bağlanılıb.

26 yaşlı hücumçu daha öncə Almaniya, İtaliya və Türkiyə klublarının şərəfini qoruyub. 1.88 sm boya malik olan Riçi "Azəryol"un CEV Kuboku üçün sifariş ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Azəryol" CEV Kubokunda ilk görüşünü oktyabrın 28-də Rumıniyada "Tarqovitse" klubuna qarşı keçirəcək.

Xəbər 817 dəfə oxundu.