"Xəzər-Lənkəran" "Kəpəz"lə oyunun hazırlığına başladı
"Xəzər Lənkəran" klubu Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək "Kəpəz"lə oyunun hazırlıqlarına start verəcək. Son turda AZAL-la (3:1) qarşılaşmadan sonra bir gün istirahət edən cənublular bu gün saat 17:00-da bir araya gələcək.

Oktyabrın 22-nə qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək Yunis Hüseynovun rəhbərlik etdiyi komanda bir gün sonra səfər matçı üçün Gəncəyə yola düşəcək. Hazırda "Xəzər Lənkəran" ın heyətində Orxan Əliyev və Rasim Ramaldanov ciddi zədədən əziyyət çəkir.

Qeyd edək ki, hər iki futbolçu zədə səbəbindən son turda meydana çıxa bilməyib.

Xəbər 895 dəfə oxundu.