“Neftçi” futbol klubunun U-14 komandası “Dəri top” beynəlxalq turnirinin qalibi olub | |
Bakının “Neftçi” futbol klubunun U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” beynəlxalq turnirinin qalibi olub. “Neftçi” komandası final matçında Cənubi Osetiyanın (Gürcüstan) “Barsalan” klubunu 4:1 hesabı ilə məğlub edərək çempion adını qazanıb. Oyunda baş məşqçi Eldəniz Məmmədovun yetirmələrindən Musa Qurbanlı iki, Mübariz Soltanov və Valeh Qəhrəmanlı isə bir dəfə fərqləniblər. Futbolçumuz Ramin Nəsirli turnirin ən yaxşı müdafiəçisi seçilib. Komandamızın heyətində ən çox qol vurmuş futbolçu Musa Qurbanlı olub - 13 qol. Turnirin bütün oyunlarında qələbə qazanmış yeniyetmələrimiz qrup görüşlərində Tacikistanın “Umed” (3:0), Rusiyanın “Puls” (2:1), Moldovanın “Spiru Xaret” (4:1), Rusiyanın “Nadejda” (3:2) və Abxaziyanın “Qudauta” (9:0) klublarına qalib gəlib. |
|
Xəbər 729 dəfə oxundu. |
|
|