Gənc ağırlıqqaldıranlarımızdan 3 qızıl medal | |
Gənc ağırlıqqaldıranlar arasında İslam ölkələrinin həmrəylik çempionatına start verilib. İdman.com.az saytının məlumatına görə, ilk dəfə keçirilən yarış Azərbaycan milli komandası üçün uğurlu başlayıb. Hələlik körpücük üzərinə çıxan Paşa İbrahimli, Rauf Nəbiyev (hər ikisi - 62 kq) və Firudin Quliyev (69 kq) fəxri kürsüyə yüksəliblər. İlk adı çəkilən idmançı 250 kq (114 kq+136 kq) nəticə ilə həm birdən, həm təkanla qaldırmada, həm də toplamda qızıl medal qazanıb. 2-ci yerə 2 hərəkətin cəmində (239 kq) onun komanda yoldaşı Rauf çıxıb. Ardından bu uğuru dünya rekordçusu Firudin Quliyev davam etdirib və çempion adını qazanıb. Həmyerlimiz birdənqaldırmada 2 yanaşma edib. O, əvvəlcə 120, sonra 126 kq-ın öhdəsindən gəlib. Bu çəki qızıl medal üçün yetərli olduğundan o, 3-cü yanaşmadan imtina edib. Təkanla qaldırmada qızıl medal üçün isə atletimizə cəmi bir cəhd bəs edib. İlk sifariş verdiyi 160 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyən Quliyev, sonrakı iki yanaşmaya ehtiyac duymayıb. Nəticədə Quliyev cəmi üç yanaşma ilə həm birdən, həm təkanla qaldırma, həm də toplamda 186 kq (126 kq + 160 kq) ilə 1-ci pilləyə sahib çıxaraq, birdən-birə üç qızıl medal qazanıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının Dəmmam şəhərində keçirilən turnir sabah yekunlaşacaq. və burada yığmamızın baş məşqçisi Nizami Paşayev millimizin ehtiyat qüvvəsini gözdən keçirir. |
|
Xəbər 1302 dəfə oxundu. |
|
|