“Turan-Tovuz” komandası Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinə yüksəlib
Oktyabrın 14-də futbol üzrə Azərbaycan kuboku yarışlarının onaltıdabir final mərhələsinə start verilib.

“Bakı” futbol klubunun təlim-məşq bazasında MOİK və “Turan-Tovuz” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib oyunun əlavə vaxtında müəyyənləşib. Belə ki, “Turan-Tovuz”un heyətində Tuqay Alhüseynli komandasının qələbə qolunu vurub – 2:1.

Bu qələbə ilə “Turan-Tovuz” komandası Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinə yüksəlib. Dekabrın 2-də keçiriləcək bu mərhələnin oyunlarında “Turan-Tovuz” komandası “İnter” ilə üz-üzə gələcək.

Günün digər qarşılaşmasında isə Qusarın “Şahdağ” komandası doğma meydanda “Şəmkir” kollektivinə 1:3 hesabı ilə məğlub olub.

Günün sonuncu oyunu - “Şərurspor” - “Qaradağ Lökbatan” qarşılaşması ilə onaltıdabir final mərhələsinə yekun vurulacaq.

Xəbər 903 dəfə oxundu.