"Avro-2016": Futbol üzrə Türkiyə millisi Çexiya yığmasına qalib gəlib
Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində doqquzuncu tura yekun vurulub.

Günün ən maraqla gözlənilən qarşılaşması "A" qrupunda Praqadakı "Generali Arena"da keçirilib. Görüşün 62-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən Türkiyə millisinin futbolçusu Selçuk İnan hesabı açıb. Görüşün 80-ci dəqiqəsində Hakan Çalhanoğlu hesab arasındakı fərqi artırıb. Beləliklə, Türkiyə millisi 2:0 hesabı ilə qalib gələrək pley-off mərhələsinə adlamağa daha da yaxınlaşıb.

Azərbaycan millisinin də yer aldığı "H" qrupunda Xorvatiya millisi Zaqrebdəki Maksimir stadionunda Bolqarıstan kollektivini qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Xorvatiya 3:0 hesablı qələbə qazanıb.

"B" qrupunda İsrail və Kipr futbolçuları üz-üzə gəliblər. Portuqaliyalı hakim Manuel de Sousanın idarə etdiyi oyun Kipr millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qrupun digər oyunda Andorra millisi Belçika yığmasını qonaq edib. Qonaq komandanın üstünlüyü şəraitində keçən görüşdə Belçika yığması 4:1 hesablı qələbə qazanıb. Bosniya və Herseqovina və Uels komandaları da "B" qrupunda üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Bosniya və Herseqovina millisi 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 809 dəfə oxundu.