Azərbaycanlı hakimlər İtaliya yığmasının oyununa təyinat alıb | |
Azərbaycan hakimləri 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıblar. Oktyabrın 13-də keçiriləcək İtaliya – İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, görüş Viçentsa şəhərindəki Romeo Menti stadionunda keçiriləcək. "Report" |
|
Xəbər 727 dəfə oxundu. |
|
|