Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala vəsiqə qazanıb | |
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycan boksçusu Lorenso Sotomayor 1/4 finala yüksəlib. 64 kq çəki dərəcəsində çıxış edən kubalı legioner 1/8 finalda əlcəzairli Abdelqadir Çadini məğlub edib - 3:0. Sotomayorun növbəti rəqibi rusiyalı Avropa çempionu Vitali Dunyavtsev olacaq. Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu rinqə çıxacaq. Rüfət Hüseynov (49) özbəkistanlı Həsənboy Dusmatovla, Tayfur Əliyev (56 kq) İderxuu Enkjarqalla (Monqolustan), Abdulqadir Abdullayev (91 kq) isə Şuayib Buludiantsla (Əlcezair) üz-üzə gələcək. Dünya çempionatında Azərbaycanı ümumilikdə 8 boksçu təmsil edir. |
|
Xəbər 818 dəfə oxundu. |
|
|