Bakının “Lokomotiv” voleybol klubu İtaliya komandaları ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq
Azərbaycanın “Telekom” qadın voleybol komandası Türkiyənin Bursa şəhərində Çengiz Göllünün xatirəsinə həsr olunan beynəlxalq yarışda növbəti oyununu keçirib.
Azərbaycan təmsilçisi turnirin dördüncü turu çərçivəsində Fransanın “Kann” klubu ilə qarşılaşıb.

Təcrübəli fransalı voleybolçular yalnız tay-brekdə 3:2 hesabı ilə komandamızdan üstün olublar. Bu nəticə ilə “Telekom” görüşdə bir xalla kifayətlənib.

Beləliklə, turnirdə Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəspor”, “Qalatasaray” klublarına qalib gələn, Polşanın “Atom” və Fransanın “Kann” komandalarına isə uduzan baş məşqçi Zoran Qayiçin yetirmələri yeddi xalla qrupda ilk sıradadırlar.
Bakı təmsilçisi oktyabrın 7-də Rusiyanın “Proton Saratov” kollektivi ilə üz-üzə gələcək.
Turnirdə ən çox xal toplayan komanda yarışın qalibi elan ediləcək.

Xəbər 759 dəfə oxundu.