Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təlim-məşq toplanışını başa vurub | |
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) cüdoçuları Gürcüstanın Kobuleti şəhərində keçirilən təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıblar. Təlim-məşq toplanışı idmançıların fiziki göstəricilərinin artmasına səbəb olub. Milli komandanın baş məşqçisi İbrahim İbrahimov qeyd edib ki, məşqlərin səmərəsi noyabrın 24-30-da Portuqaliyada keçiriləcək Avropa çempionatında öz müsbət nəticəsini göstərəcək. ARMPK-nın cüdo komandası “Rio-2016” Paralimpiya Oyunlarına 66 və 73 kiloqram çəki dərəcələrində lisenziyanı ötən ilin sentyabrında qazanıb. Cüdoçularımız Avropa çempionatında lisenziyaların sayını artırmaq əzmindədirlər. |
|
Xəbər 730 dəfə oxundu. |
|
|