Bakıda gənclər və yeniyetmələr arasında kikboksinq yarışı keçirilib
Azərbaycan Kikboksinq Federasiyasının, Suraxanı rayon gənclər və idman idarəsinin və “Şindi” idman klubunun birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində kikboksinq yarışı keçirilib.

İyirmidən çox klubu təmsil edən 245 kikboksçunun mübarizə apardığı yarışda fəxri kürsünün ən yüksək pilləsinə “Şindi” klubunun idmançıları qalxıblar. İkinci yerdə “Gəncə”, üçüncü pillədə isə “Qarabağ” klublarının idmançıları qərarlaşıblar.

Xəbər 899 dəfə oxundu.