Bu gün qitə çempionatı start götürür: arenalar | |
Xorvatiyada bu gün start götürən futzal yığmalarının qitə çempionatı iki şəhərdə keçiriləcək – Zaqrebdə və Splitdə. Zaqreb – «Arena Zaqreb» İdman.com.az saytının məlumatına görə, Azərbaycan yığmasının da yer aldığı qrup tarixini 1094-cü ildən götürən paytaxt Zaqrebdə qərar tutacaq. Yerli arena elə şəhərin adını daşıyır. Onu 2008-ci ildə istifadəyə veriblər və 15200 tamaşaçı tutur. Həndbol üzrə dünya çempionatı üçün inşa olunmuş arena konsertlər zamanı 24 minə qədər insanı qoynuna ala bilir. Həndboldan savayı, burada keçirilmiş basketbol, buz hokkeyi yarışları, eləçcə də Soleyl sirki, məşhur dəb sərgisi və Ledi Qaqanın konsertini də nəzərə almaqla arenada 1 milyondan artıq insan tamaşaçı qismində olub. Split - «Spaladium arena» Arena da 2008-ci ildə inşa olunub və 10931 (konsert zamanı 15000) tamaşaçı tutumuna malikdir. Arena «Devis Kuboku» məşhur tennis turnirinin oyununa da şahidlik edib. Bura əlbəyaxa döyüşlərin də mütəmadi keçirildiyi yerdir. |
|
Xəbər 1004 dəfə oxundu. |
|
|