FİFA "Qızıl top"a namizədlərin ilkin siyahısını açıqlayıb
FİFA "Qızıl top"a namizəd olan 59 futbolçudan ibarət siyahını açıqlayıb. Nüfuzlu mükafata iddiaçılar 25 ölkədəndir.

Ən çox təmsilçi Argentinadandır. Bu ölkədən Serxio Aqüero, Xavyer Maskerano, Lionel Messi, Nikolas Otamendi, Xavyer Pastore və Karlos Teves mübarizə aparacaq. Çili və İspaniyadan hərəyə 5 oyunçu siyahıya düşüb. Bunlar Klaudio Bravo, Aleksis Sançes, Qari Medel, Eduardo Varqas, Arturo Vidal və Dieqo Kosta, David de Xea, Andreas İnyesta, Alvaro Morata, Serxio Ramosdur.

Jurnalistlər, məşqçilər və oyunçuların seçiminə əsasən, növbəti mərhələyə 59 futbolçudan 23-ü, final mərhələsinə isə 3 ən yaxşısı çıxacaq. Mükafatlandırma mərasimi 11 yanvar 2016-cı ildə olacaq.

Qeyd edək ki, ötən il "Qızıl top"u Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu qazanıb.

Xəbər 773 dəfə oxundu.