“Zirvəçilər” Litvadakı Avropa çempionatına yollanır | |
Oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulacaq. Qadınlar 7 (48 kg, 53 kg, 58 kg, 63 kg, 69 kg, 75 kg, +75 kg), kişilər isə 8 (56 kg, 62 kg, 69 kg, 77 kg, 85 kg, 94 kg, 105 kg, +105 kg) çəki dərəcəsində yarışacaqlar. Avropa çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Onlardan altısı “Zirvə” İdman Klubunun nümayəndələridir. Siyahı diqqətinizə çatdırırıq: U-20 Emin Mirzəyev (Lerik-Zirvə) – 56 kq Allahyar Abışov – 62 kq Elşad Şərifov (Şamaxı-Zirvə) – 77 kq Dadaş Dadaşbəyli (Qobustan-Zirvə) – 105 kq Azər Məmmədli (Lənkəran-Zirvə) – +105 kq U-23 Anastasiya İbrahimli (Abşeron-Zirvə) – 69 kq Firudin Quliyev (Goranboy-Zirvə) – 69 kq |
|
Xəbər 931 dəfə oxundu. |
|
|