Şahin Diniyev yeni transfer etdikləri hücumçudan danışdı | |
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev komandaya yeni transfer olunmuş Kamerun yığmasının hücumçusu Julien Ebah barədə danışıb. O, bunları söyləyib: “Bu futbolçunun oyununa çox baxmışıq. Kamerun yığmasına çağırılan bir oyunçudur. Bizim komandaya necə adaptasiya olunacağı vacibdir. Hücumda problemlərimiz var, güclənmək istəyirik. Mən elə gəlir ki, o, öz oyunu ilə transferi düzgün edib-etmədiyimizi göstərəcək”. Julien Jeromun Premyer Liqanın 7-ci turunda yeni komandasının heyətində debüt etməsi gözlənilir. Şahin Diniyevin şans verəcəyi təqdirdə gəncəli azarkeşlər “Sumqayıt”la ev oyununda forvardı meydanda görəcəklər. |
|
Xəbər 793 dəfə oxundu. |
|
|