Azərbaycan millisi FİFA reytinqində irəlilədi
FİFA futbol üzrə yığma komandaların dünya reytinqini açıqlayıb. Azərbaycan millisi yeni siyahıda 5 pillə irəliləməyə nail olub.

Belə ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya (0:0) və Malta ilə (2:2) heç-heçələr yığmamızın xal ehtiyatını da 37 bal artırıb. Hazırda Robert Prosineçkinin çalışdırdığı komandamız 328 balla 105-ci pillədə qərarlaşıb.

Millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki rəqiblərinin göstəriciləri isə belədir: Xorvatiya (16-cı yer, 965 xal), İtaliya (17, 962), Norveç (34, 739), Bolqarıstan (78, 414) və Malta (157, 164).

Keçmiş SSRİ ölkələri arasında yığmamız Ukrayna (24, 874), Rusiya (26, 845), Özbəkistan (74, 464), Estoniya (87, 388), Ermənistan (91, 377), Belarus (98, 350), Latviyadan (103, 335) geri qalır. Millimiz sadəcə, Gürcüstan (110, 308), Litva (116, 298), Moldova (132, 239), Qazaxıstan (142, 199), Qırğızıstan (146, 195), Türkmənistan (155, 172) və Tacikistanı (160, 156) qabaqlayır.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1419), Almaniya (1401), Belçika (1387), Portuqaliya (1235), Kolumbiya (1228), İspaniya (1223), Braziliya (1204), Uels (1195), Çili (1177) və İngiltərə (1161).

Xəbər 724 dəfə oxundu.