Taekvondo üzrə gənclərdən ibarət milli komandamız Latviyada keçiriləcək Avropa birinciliyində iştirak edəcək | |
Oktyabrın 22-dən 25-dək Latviyanın Dauqavpils şəhərində Avropa Taekvondo Birliyi tərəfindən gənclər arasında 20-ci Avropa birinciliyi təşkil ediləcək. Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri də Latviyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər. Milli komandamız Avropa birinciliyindən əvvəl təlim-məşqlərə oktyabrın 1-dən start verib. Məşqlər gün ərzində iki dəfə olmaqla Azərbaycan Taekvondo Federasiyasının məşq zalında davam etdiriləcək. Komandanın baş məşqçisi, əməkdar məşqçi Mamed Abdullayev təlim-məşqlərə İlham Əliyev (45 kq), Qaşım Maqomedov (48 kq), Əli İsazadə (51 kq), Fuzam Mehtiyev (55 kq), Zəlimxan Rəşidov (59 kq), Kamil Abdulrazakov (63 kq), Əliəskər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Həsən Məmmədov (78 kq), Orxan Tağızadə (78 kq-dan yuxarı), Röya Haçıyeva (42 kq), Zarema Şamxalova (44 kq), İlayda Ciftci (46 kq), Ceren Özbek (49 kq), Şəms Həsənova (52 kq), Gülhanım Yeşildal (55 kq), Gülsün Gültekin (59 kq), Jalə Əsədli (68 kq) və Daria Şkurkodan (68 kq-dan yuxarı) ibarət 19 gənc taekvondoçu cəlb edib. |
|
Xəbər 754 dəfə oxundu. |
|
|