Millimizin ikinci sınağı - YENİLƏNİR
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Millimiz ikinci görüşündə Belçika ilə üz-üzə gələcək.

İlk sınağında Çexiya ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olmuşdu. Yığmamızın ikinci oyunu da çətin keçəcək. Komandamızın mübarizə apardığı 6-cı qrupun oyunlarının Belçikada keçirilməsi Azərbaycan millisinin işini bir qədər də çətinləşdirir.

Qeyd edək ki, yığmamızın yer aldığı qrupda Belçika və Çexiya komandaları ilə yanaşı, Gürcüstan millisi də mübarizə aparır.


Avropa çempionatının ilkin seçmə mərhələsi
1 oktyabr

23:00. Belçika – Azərbaycan

Xəbər 701 dəfə oxundu.