"Bunun davamını "Paxtakor"la oyunda da gətirmək istəyirik" | |
"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev "Poloniya" ilə oyundan sonra fikirlərini klubun rəsmi saytına danışıb. İdman.com.az saytının məlumatına görə, gənc futbolçu bu qələbənin davamının gəlməsini istəyib: "Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğuma görə sevinirəm. Hamımız qələbəyə köklənmişdik. Güclü rəqibə qarşı layiqli oyun göstərib, uğur qazandıq. Bunun davamını "Paxtakor"la oyunda da gətirmək istəyirik". |
|
Xəbər 1192 dəfə oxundu. |
|
|