Gənclərin vətənpərvərlik klubları arasında “Breyn-rinq” intellektual oyunu keçirilib | |
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gənclərin vətənpərvərlik klubları arasında “Breyn-rinq” intellektual oyunu keçirilib. Baş İdarə tərəfindən ənənəvi olaraq təşkil edilən tədbirdə idarənin rəis müavini Aydın Yusifov, rayon idarələrinin rəhbərləri və nümayəndələri, iştirakçı komandalar və gənclər iştirak ediblər. Baş İdarənin rəis müavini A.Yusifov gənclərə tövsiyələrini verib, iştirakçılara uğurlar arzulayıb. Yarışda 11 rayonun komandası mübarizə aparıb. İlk üç yerə müvafiq olaraq Nərimanov, Yasamal və Sabunçu rayonlarının komandaları çıxıb. Tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası, yeniyetmələrin intellektual və mədəni səviyyəsinin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, dünyagörüşünü genişləndirməkdən ibarətdir. Qalib komandalar Baş İdarə tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunublar. AZƏRTAC |
|
Xəbər 738 dəfə oxundu. |
|
|