Rusiyanın "Anji" klubu Yuri Syomini istefaya göndərib | |
Rusiyanın "Anji" futbol klubu baş məşqçi Yuri Syominlə yollarını ayırıb. 68 yaşlı mütəxəssislə iyundan qüvvədə olan anlaşma qarşılıqlı razılıq əsasında pozulub. Mahaçqala təmsilçisinin Premyer Liqadakı ilk 10 tur ərzində çıxışı diqqətlə analiz edildikdən sonra tərəflər "Anji"nin xeyrinə olan addım atmağı qərara alıblar. Rəhbərlik Y.Syominin rəhbərlik etdiyi məşqçilər heyətinə müştərək fəaliyyətlərinə görə minnətdarlıq edərək, gələcək işlərində uğurlar arzulayıb. Qeyd edək ki, qarşıdakı oyunlara "Anji"ni Ruslan Ağalarov hazırlayacaq. 10 turdan sonra Mahaçqala komandası Rusiya Premyer Liqasında 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. |
|
Xəbər 704 dəfə oxundu. |
|
|