AFFA-nın əməkdaşları "Klubların lisenziyalaşdırılması və maliyyə Fair Playi" seminarında iştirak edirlər | |
Sentyabrın 23-dən etibarən Xorvatiyanın Dubrovnik şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın "Klubların lisenziyalaşdırılması və maliyyə Fair Playi" mövzusunda seminarı keçirilir. UEFA-nın üzvlərindən başqa, Avropa futbol təşkilatının dəvətilə digər konfederasiyaların - FİFA, AFC, CAF, CONCACAF və OFC-nin nümayəndələri də tədbirdə iştirak edirlər. AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak etdiyi seminarda ötən lisenziyalaşdırma mövsümünün icmalı, UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə Fair Playi üzrə qaydalarında baş vermiş dəyişikliklər, UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı və digər məsələlər müzakirə olunub. Seminarın ilk günündə təşkilatçıların təşəbbüsü ilə dörd ölkəni təmsil edən lisenziyalaşdırma şöbələrinin rəhbərləri lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı fikirlərini tədbirin digər nümayənədələri ilə bölüşüblər. Xorvatiya, Kipr və İslandiyanı təmsil edən nümayəndələrlə bərabər AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da müzakirələrdə iştirak edib. Seminar sentyabrın 25-də başa çatacaq. |
|
Xəbər 712 dəfə oxundu. |
|
|