Georgi Hacı: “Bakı” Azərbaycan futbolunun inkişafına töhfə verir | |
“Bakı” klubunun Antalyada Rumıniya təmsilçisi "Panduri"yə qarşı yoxlama oyununu izləyənlər arasında tanınmış futbol mütəxəssisi, "Qalatasaray"la UEFA kuboku və superkubokunu qazanmış, Rumıniya millisinin heyətində 125 oyunda 35 qol vuran əfsanəvi Georgi Hacı da olub. İdman.com.az xəbər verir ki, vaxtilə Madrid "Real"ı və "Barselona" kimi nəhəng klubların formasını geymiş titullu futbolçu, "Bakı"-"Panduri" matçından sonra fikrini klubun rəsmi saytı ilə bölüşüb: “Bu komandalar arasında keçirilən yoxlama görüşünə bizim ölkədə böyük maraq var. Təsadüfi deyil ki, bu oyun canlı yayımlanır. Mən Antalyada olduğumdan bu görüşü canlı izləmək qərarına gəldim. Azərbaycanda bir çox tanışlarım var, onlarla tez-tez əlaqə saxlayıram. Dostlarım mənə ölkənizdə futbolun sürətlə inkişaf etdiyini deyirlər. Görürəm ki, həqiqətən də, belədir”. Əfsanəvi futbolçu qeyd edib ki, Azərbaycanda futbolun inkişafına önəm verən 1 nömrəli komanda, məhz, “Bakı”dır: “Bu barədə məlumatım var. Klubunuz futbol naminə böyük işlər görür, bu təqdirəlayiqdir. Oyuna gəldikdə, qeyd edim ki, komandanızın heyətində səviyyəli futbolçular var. Sadəcə, onların bir-birilərinə tam uyğunlaşmadıqları görünür. Qol vura bilməsələr də, tez-tez qol epizodları yaradırlar. "Bakı" güclü komanda olduğunu göstərdi. Bu komandanın gələcəyini görürəm". |
|
Xəbər 911 dəfə oxundu. |
|
|