Alman klubunda baş məşqçi istefası | |
Münhenqladbax “Borussiya”sının baş məşqçisi Lyüsen Favr istefa verib. Klub rəhbərliyi Favrı komandada qalması üçün yola gətirmək istəsə də, bu baş tutmayıb. Favr komandadan ayrılmasını özü istəyib. Dörd ildi ki, “Borussiya”da uğurlu nəticələrə imza atan Favr cari mövsüm sabiq klubunda heç də yaxşı başlamayıb. Belə ki, “Borussiya” onun başçılığı altında Bundesliqanın 5 görüşündə məğlub olub və Çempionlar Liqasının ilk görüşündə “Sevilya” ilə matçda darmadağın olub. |
|
Xəbər 668 dəfə oxundu. |
|
|