Teymur Veyk An Zee turnirində 4-cü, Vüqar 10-cu oldu | |
Niderlandın Veyk an Zee şəhərində keçirilən şahmatçılar arasında beynəlxalq «Tata Steel Chess» superturnir bu gün sona çatıb. İdman.com.az saytı xəbər verir ki, rəqabətdə dünyanın 14 ən güclü zəka sahibi dairəvi sistem üzrə mübarizə aparıb. XIII turda yarışın lideri Levon Aronyanla (2805) heç-heçə etmiş qrossmeysterimiz Teymur Rəcəbov (2773), 2 həmkarı ilə birgə 8 xal toplayıb. Əmsallara görə həmyerlimiz 4-cü olub. Milli komanda yoldaşından fərqi, əmsallar Vüqar Həşimovun (2761) lehinə işləyib və o, eyni nəticəyə malik 2 rəqibini qabaqlayıb (5 xal), yarışı 10-cu sırada bitirib. Xatırladaq ki, son partiyada təmsilçimiz Hikaru Nakamura (2759) ilə xalları yarıya bölmüşdü. |
|
Xəbər 1134 dəfə oxundu. |
|
|