Voleybol üzrə Azərbaycan millisi Xorvatiya yığması ilə yoxlama oyununda qüvvəsini sınayıb | |
Xəbər verdiyimiz kimi, sentyabrın 26-dan oktyabrın 4-də Belçika və Niderlanda qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək. Avropa çempionatına Sloveniyada hazırlaşan Azərbaycan millisi ilk yoxlama matçını keçirib. Baş məşqçi Faiq Qarayevin yetirmələri Maribor şəhərində keçirilən sınaq matçında Xorvatiya komandası ilə qarşılaşıb. Görüş Xorvatiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sonra komandalar arasında bir setdən ibarət oyun təşkil olunub. Bu görüş də xorvatiyalı voleybolçuların 25:20 hesablı üstünlüyü ilə başa çatıb. Hazırlıq prosesi çərçivəsində milli komandamız Sloveniya və Polşa yığmaları ilə də yoxlama oyununda qüvvəsini sınayacaq. Qeyd edək ki, yığmamız Avropa çempionatına Maribordan yollanacaq. |
|
Xəbər 752 dəfə oxundu. |
|
|