O da “Seltik”in “avtobus”undan gileyləndi | |
“Ayaks”ın baş məşqçisi Frank De Bur Avropa Liqasının qrupunda “Seltik”lə keçirilən oyun (2:2) barədə danışıb. Frank Şotlandiya klubunun həddindən artıq müdafiəyəmeyilli futbol oynamasından gileylənib: “Tamamilə müdafiə futbolu sərgiləyən belə komandaya qarşı oynamaq çox çətindi. “Seltik” qapısının qarşısında iki “avtobus” saxlamışdı. Biz də onlara erkən qol vurmaq imkanı yaratdıq. Demək olar ki, boş sahəmiz yox idi. Ancaq buna baxmayaraq, çətinliyi dəf etdik və hesabı bərabərləşdirə bildik. Ancaq “Seltik” yenə də fərqləndi. Fasilədən sonra daha inamlı oynadıq. Təəsüüf ki, qələbə qolunu vura bilmədik. Hesab edirəm ki, bu gün 2 xal itirdik”. “Seltik” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyunda ifrat müdafiə futbolu sayəsində heç-heçəyə nail olaraq, mərhələ adlamışdı. |
|
Xəbər 702 dəfə oxundu. |
|
|