"Qəbələ"nin rəqiblərinin matçında rekord
Avropa Liqasının qrup mərhələsinin azarkeş rekordu qırılıb.

Bu, "Qəbələ"nin yer aldığı C qrupunda baş tutan "Borussiya" (Dortmund) - "Krasnodar" (2:1) görüşdə baş verib. Belə ki, qarşılaşmanı 55 min 200 azarkeş izləyib.

Qeyd edək ki, daha öncəki rekord 53 min 123 azarkeşlə 2011/2012 mövsümündə keçirilən "Şalke" - "Styaua" matçında olub.

Xəbər 666 dəfə oxundu.