Tahir Gözəl: Baş məşqçinin istəklərini yerinə yetirdik, indi qələbə qazanmaq lazımdır | |
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirdikləri oyunu şərh edib. O 1:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib: "İngiltərə klubunun forvardı 60 milyonadır. Amma buna baxmayaraq, uşaqlar yaxşı oynadılar. Onların ilk qolundan sonra biz özümüzü itirdik. Amma mən oyundan razı qaldım. Komandamla fəxr edirəm. Futbolçular ürəkdən oynadılar. Bakıda biz bu komandaya cavab verə bilərik. Yaxşı komandamız var. Qrupda hələ heç nə itirilməyib. Çətin qrupa düşməyimizə baxmayaraq ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacağıq. Biz Qurban Qurbanovun bütün arzu və istəklərini yerinə yetirməyə çalışdıq. İndi isə qələbə qazanmaq lazımdır". |
|
Xəbər 681 dəfə oxundu. |
|
|