Levon Aronyan Bakını gəzdi | |
Bakıda Dünya Kubokunda çıxışını bitirən erməni qrossmeyster Levon Aronyan Azərbaycanın paytaxtını gəzib. O, İçəri Şəhərdə olub, bir çox rusdilli turistlərin sevimli yeri – “Brilliant əl” filminin çəkildiyi küçəni ziyarət edib. Xatırladaq ki, dünən axşam Aronyan ukraynalı Aleksandr Areşenkoya məğlub olaraq, 1/16 finala yüksələ bilməyib. Bu gün o, Bakını tərk edib. |
|
Xəbər 748 dəfə oxundu. |
|
|