"Beşiktaş" "Skenderbeu"ya, "Fənər" "Molde"yə qarşı - Yenilənir | |
Bu gün Avropa Liqasının qrup mərhələsinə start veriləcək. Ölkəmiz ilk dəfə qitənin ikinci dərəcəli klub turnirində iki klubla təmsil olunacaq. Ağdam "Qarabağ"ı ardıcıl ikinci il Avropa Liqasında çıxış edəcəksə, "Qəbələ" qısa tarixi ərzində ilk dəfə adıçəkilən turnirin qrup mərhələsində mübarizə aparacaq. "Qarabağ" ilk oyununda səfərdə "Tottenhem"lə, "Qəbələ" isə evdə PAOK-la qarşılaşacaq. Çempionlar Liqasında "Şaxtyor"a uduzaraq Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanan "Fənər" evdə Norveç "Molde"siylə üz-üzə gələcək.. Türkiyənin turnirdəki digər təmsilçisi "Beşiktaş" isə səfərdə Albaniya "Skenderbeu"suyla qarşılaşacaq. Avropa Liqası, qrup mərhələsi 17 sentyabr A qrupu 22:00 Ayaks (Hollandiya) - Seltik (Şotlandiya) 22:00 Fənərbaxça (Türkiyə) - Molde (Norveç) B qrupu 22:00 Bordo (Fransa) - Liverpul (İngiltərə) 22:00 Sion (İsveçrə) - Rubin (Rusiya) C qrupu 22:00 Borussiya (Dortmund, Almaniya) - Krasnodar (Rusiya) D qrupu 22:00 Midtyulland (Danimarka) - Legiya (Polşa) 22:00 Napoli (İtaliya) - Brügge (Belçika) E qrupu 22:00 Rapid (Avstriya) - Vilyarreal (İspaniya) 22:00 Viktoriya (Plzen, Çexiya) - Dinamo (Minsk, Belarus) F qrupu 22:00 Qroningen (Hollandiya) - Marsel (Fransa) 22:00 Slovan (Liberets, Çexiya) - Braqa (Portuqaliya) G qrupu 00:05 Sent-Etyen (Fransa) - Rusenborq (Norveç) 00:05 Dnepr (Ukrayna) - Latsio (İtaliya) H qrupu 00:05 Skenderbeu (Albaniya) - Beşiktaş (Türkiyə) 00:05 Sportinq (Portqaliya) - Lokomotiv (Rusiya) İ qrupu 00:05 Lex (Polşa) - Belenenseş (Portuqaliya) 00:05 Fiorentina (İtaliya) - Bazel (İsveçrə) J qrupu 00:05 Anderlext (Belçika) - Monako (Fransa) K qrupu 00:05 Asteras (Yunanıstan) - Sparta (Çexiya) 00:05 APOEL (Kipr) - Şalke (Almaniya) L qrupu 00:05 Partizan (Serbiya) - Alkmaar (Hollandiya) 00:05 Atletik (Bilbao, İspaniya) - Auqsburq (Almaniya) |
|
Xəbər 1111 dəfə oxundu. |
|
|