Şahmatçılarımız ukraynalı rəqibləri ilə heç-heçə etdilər | |
Niderlandın Veyk an Zeye şəhərində keçirilən şahmatçılar arasında beynəlxalq «Tata Steel Chess» superturnir sona çatmaqdadır. İdman.com.az saytının məlumatına görə, finişə 1 partiya qalmış qrossmeysterlər daha ehtiyatlı oynayıblar. Milli komandamız və SOCAR klubunun aparıcı üzvü Teymur Rəcəbov (2773) XII turda ağ fiqurlarla Vasili İvançukla (2766) qarşılaşıb. Bərabər vəziyyətdə tərəflər mittelşpildə heç-heçəyə razılaşıblar. Yığmamızın digər aparıcı şahmatçısı Vüqar Həşimov (2761) qara fiqurlarla ukraynalı Sergey Karyakinlə (2769) üz-üzə gəlib. Zəka sahibləri 27-ci gedişdə xalları yarıya bölüblər. Hazırda Rəcəbovun hesabında 7,5, Həşimovun 4,5 xalı var. KAMRAN |
|
Xəbər 1017 dəfə oxundu. |
|
|